Paşa Holdinqin əməkdaşı Vüqar Mustafayev Müdafiə Sənayesi naziri vəzifəsinə gətirilib.

Mustafayev 2014-cü ildən etibarən Paşa Holdinqin icraçı direktorunun müşaviri, 2021-ci ildən şirkətin Türkiyədəki nümayəndiliyinin sədri kimi fəaliyyət göstərib.

İlham Əliyevin 15 Mart 2023-cü il sərəncamıyla Vüqar Mustafayev Paşa Holdinqdən Müdafiə Sənayəsinin nazir müavini vəzifəsinə gətirilib.

Cəmi 8 ay bu vəzifəni icra etdikdən sonra Mustafayev bu gün Müdafiə Sənayesinin naziri təyin olunub.

Foto: Vüqar Mustafayev

Leave A Reply