Rusiya, miqrantlar

Rusiya Daxili İşlər Nazirliyi bildirir ki, avqustda qəbul olunan qanun çərşənbə axşamı qüvvəyə minir və əcnəbilərin ölkədən çıxarılmasını nəzərdə tutan inzibati xətaların sayını 22-dən 45-ə çatdırır.

Yeni siyahıya xırda xuliqanlıq, kütləvi tədbir qaydalarını pozmaq, polisə tabe olmamaq, Rusiya ordusunu “nüfuzdan salmaq” və Rusiyaya qarşı sanksiyalara çağırmaq, fövqəladə və hərbi vəziyyət rejimini pozmaq, nasist və ekstremist simvolları yaymaq daxildir. Narkotiklə bağlı bəzi xətalarda ölkədən çıxarılma başqa cəza ilə əvəz edilə bilməyəcək. Miqrasiya qaydalarını pozmağa görə cərimələr də artır.

Dəyişiklik Rusiya ilə Azərbaycan arasında gərginlik fonunda qüvvəyə minir. 2025-ci ilin yayından diaspor təşkilatlarına reydlər keçirilir. Rusiya avqustda Moskvadakı Azərbaycan diasporu təşkilatının rəhbəri Bəxtiyar Həsənovu, əvvəlcə vətəndaşlıqdan məhrum edib, sonra ölkədən çıxarıb. Bakı isə Rusiya vətəndaşı üç nəfəri qiyabi axtarışa verib.

Rusiyada neçə azərbaycanlının yaşadığı və onlardan neçəsinin bu ildə ölkədən çıxarıldığı barədə rəsmi rəqəm açıqlanmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi yeni qanuna hələlik münasibət bildirməyib.

Leave A Reply