İranlı general Qasım Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə 2 ardıcıl partlayış baş verib.
İranın Kirman şəhərində yerləşən məzar yaxınlığında baş verən partlayışlarda indiyədək azı 50 nəfərin öldüyü, 70-dən çox insanın yaralandığı təsdiqlənib.
Terror aktının arxasında İsrailin olduğu güman edilir.
Xatırladaq ki, iranlı general Qasım Süleymani 2020-ci ildə ABŞ-nin hücumu nəticəsində İraqda öldürülüb.