Kino kimi ölkədir.
Səhhətində problem yaranan sabiq səhiyyə naziri Oqtay Şirəliyev müalicə üçün Türkiyəyə aparılıb.
Səhv oxumadınız. Azərbaycanda səhiyyə naziri olmuş bir adam müalicə üçün Türkiyəyə gedib.
Oqtay Şirəliyev nazir olan dövrdə İlham Əlliyev demişdi ki, “Ümid edirəm ki, gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər”.
O gün gəlib çıxmadı. Turistlər müalicə üçün Azərbaycana yox, keçmiş səhiyyə nazirimiz Türkiyəyə gedir.