Belçikanın Sen-Jilles-lez-Termonde şəhərində binanın təmiri zamanı təxminən 9 milyon avro dəyərində xəzinə tapılıb.

Fəhlələr evin zirzəmisinin divarlarında gizlədilmiş qızıl külçələr və çoxlu sikkə tapıblar.

Tikintidə işləyən 18 yaşlı tələbə Kobe deyib ki, əvvəlcə tapdıqları əşyaların adi sikkələr olduğunu düşünüblər. Lakin qızıl külçəni gördükdən sonra bunun adi tapıntı olmadığını anlayıblar.

“O qədər sikkə və külçə var idi ki, bunu gizlətmək demək olar, mümkün deyildi. Bundan başqa, bu, oğurluq olardı. 9 milyon avro – bunu gizlədə bilməzsən”, – Kobe deyib.

İşçilər tapıntı barədə dərhal polisə məlumat veriblər. Hazırda Şərqi Flandriya prokurorluğu xəzinənin mənşəyini və onun qanuni sahibinin kim olduğunu müəyyənləşdirməyə çalışır.

Xəzinəni tapan işçilərin bu tapıntıya görə mükafat alıb-almayacağı isə hələlik məlum deyil.

9 milyon avro dəyərində xəzinə tapılıb

Leave A Reply