Şuşadan sonra Bakıda da ödənişli yollar yaradılacaq. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda “ödənişli hərəkət zonalarının yaradılması ilə bağlı” İspaniya şirkətindən 300 min manata məsləhət alacaq.

Dövlət qurumu bunun üçün İspaniyanın “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti ilə müqavilə bağlayıb.

Şirkət ödənişli hərəkət zonalarıyla bağlı AYNA-ya texniki məsləhətlər verəcək.

Bakıda ödənişli hərəkət zonalarının yaradılması ilə bağlı sənəd keçən ilin sentyabrında imzalanıb.

Leave A Reply