Fevralın 9-da Londanda “Free Fossil London” aktivistləri SOCAR-ın tədbirinə etiraz ediblər.

Onlar bildirirlər ki, Bakı-Tbilisi-Ceyhan kəməri İsrailin neft təchizatında mühüm rol oynayır və bu da öz növbəsində Fələstində soyqırımı alovlandırır.

Fəal deyir ki, Böyük Britaniya hökuməti və BP şirkəti də bu prosesdə məsuliyyət daşıyır.

O həmçinin qeyd edib ki, rəsmi London Azərbaycandakı siyasi repressiyalar məsələsində “maraqlar” naminə susmağı seçir.

“Azərbaycanın hökumət rəhbərlərinin Böyük Britaniyada, Londonda dəbdəbəli mənzillərə sahib olduqlarını da görürük”, – deyə fəal qeyd edib.

Azərbaycanın SOCAR şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Gürcüstan və Türkiyədən keçməklə İsrailə neft satır.

2024-cü ilin iyununda Türkiyə öz ərazisi vasitəsilə İsrailə birbaşa xam neft satıldığına dair ittihamları rədd edib.

Bununla belə, beynəlxalq media Türkiyənin Ceyhan limanı vasitəsilə İsrailin Azərbaycan neftini idxal etməyə davam etdiyini və idxalın ötən il ən yüksək həddə çatdığını yazır.

SOCAR-ın tədbirinə etiraz

Leave A Reply