YAP AKP-yə şikayət edib

Mediada yayılan xəbərə görə, YAP iqtidarı Türkiyə mediasında Azərbaycan hökuməti haqda yayılan xəbərlərdən şikayət edib.

Tanınmış jurnalist İsmail Saymazın sözlərinə görə, bu barədə Azərbaycanın hökumətyönlü mətbuatında iki material dərc edilib, sonra isə silinib.

Jurnalist bildirib ki, hökumət həm də İlham Əliyevi tənqid edən türkiyəli deputat Ömər Faruk Gergerlioğludan şikayət edib, onun toxunulmazlığının qaldırılmasını və barəsində “lazımi tədbirlər” görülməsini tələb edib.

Saymaz deyir ki, sözügedən iddialar deputat Musa Quliyevin “APA” xəbər agentliyinə və “Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşviq Ələsgərlinin “Qafqazinfo” portalına verdiyi müsahibələrdə yer alıb.

İsmail Saymaz qısa müddət sonra müsahibələrin silindiyini, məlumatları tapa bilmədiyini deyib.

Sizcə, AKP iqtidarı YAP-ın istəklərini yerinə yetirəcək?

Leave A Reply