Aya səyahət

NASA yarım əsrlik fasilədən sonra yenidən insanları Aya göndərir. Artemis II missiyası aprelin 1-də Floridadakı Kennedi Kosmos Mərkəzindən uğurla buraxılıb.

Dörd kosmonavt 98 metrlik super raketin başındakı Orion kapsulunda 10 gün ərzində Ayın ətrafına dolanaraq Yerə qayıdacaq

Missiya zamanı ekipaj Yerdən təxminən 400 min kilometrdən çox uzaqlığa, insanlığın getdiyi ən uzaq məsafəyə çatacaq.

Bu uçuşla Kristina Koç Ayın ətrafında uçan ilk qadın, Viktor Qlover ilk qaradərili, Ceremi Hansen isə Ay missiyasına çıxan ilk qeyri-amerikalı kosmonavt olacaq.

İnsanlar Aya sonuncu dəfə 1972-ci ildə – Apollo 17 missiyasında uçmuş və Ayın səthinə enmişdilər.

Bu dəfə məqsəd Aya enmək yox, bunun hazırlığıdır. Artemis II gələcək Ay missiyaları üçün texniki sınaq rolunu oynayır.

NASA-nın növbəti hədəfi insanları yenidən Ay səthinə endirmək və daha sonra Marsa göndərməkdir.

Aya səyahət

Leave A Reply