Hüseyn Abdullayev
2007-ci ildə Milli Məclisdə deputat Fəzail Ağamalı ilə əlbəyaxa davadan sonra həbs edilən eks-deputat Hüseyn Abdullayevin səhhətinin ağırlaşdığı bildirilir.
Hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq deputat Hüseyn Abdullayevin vəkili Günay İsmayılova onunla görüşüb.
Vəkilin verdiyi məlumata görə, görüş cəmi 5 dəqiqə davam edib. Onun sözlərinə görə, görüşün bu qədər qısa çəkməsinə səbəb Abdullayevin səhhətindəki ciddi problemlər olub.
Günay İsmayılova bildirib ki, Hüseyn Abdullayevin vəziyyəti getdikcə pisləşir.
Vəkil deyir ki, sabiq deputatın anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə oğlunun səhhətində yaranmış ciddi problemlərlə əlaqədar onun azadlığa buraxılmasını xahiş edib.
Hüseyn Abdullayev