Moldova Respublikasının parlamenti 2 apreldə Müstəqil Dövlətlər Birliyinin (MDB) təməl sənədlərindən çıxmaq barədə qərarı yekun oxunuşda təsdiqləyib.

Deputatlar Sazişin yaradılması, ona əlavə protokol və MDB Nizamnaməsini (Üstav) ləğv etmək haqqında qanun layihələrinə səs veriblər. Qərarı 60 deputat dəstəkləyib.

Prezident Maya Sandu aprelin 6-8-i müvafiq fərmanları imzalayıb və qərar rəsmi qüvvəyə minib.

Xarici İşlər Nazirliyi yaxın vaxtlarda MDB İcraiyyə Komitəsinə rəsmi bildiriş göndərəcək.

Bildirişdən sonra 12 ay müddətində ölkənin Birlikdən tam çıxması başa çatacaq.

Xarici İşlər Nazirliyi qərarı “Avropa İttifaqına inteqrasiya yolunda təbii və qaçılmaz addım” kimi qiymətləndirib. Bildirilib ki, MDB-nin əsas dəyərləri və prinsipləri artıq ölkənin maraqlarına cavab vermir. Bu proses 2023-cü ildən başlayaraq bir sıra sazişlərin ləğvi ilə davam edirdi və 2026-cı ilin yanvarında rəsmiləşdirilib.

Hökumət hesablayıb ki, MDB-yə üzvlük haqqından imtina sayəsində dövlət büdcəsi ildə təxminən 3,1 milyon ley (təxminən 170 min ABŞ dolları) qənaət edəcək. Ölkə MDB çərçivəsindəki bəzi iqtisadi, sosial və humanitar sazişləri saxlamaq niyyətindədir, lakin siyasi və statut orqanlarından tam çıxır.

Qərar Rusiya rəhbərliyindəki MDB-yə qarşı yönəlmiş addım kimi qiymətləndirilir. Moldova rəsmiləri qeyd edirlər ki, bu, ölkənin Avropa Birliyinə üzvlük perspektivini gücləndirəcək.

Moldova 1991-ci ildən MDB-yə üzv idi, lakin son illərdə fəal iştirakını dayandırmışdı. Gürcüstan 2008-ci ildə, Ukrayna isə bir sıra sazişlərdən əvvəllər çıxmışdı. Moldova artıq MDB-nin əsas orqanlarında iştirak etmir.

Moldova MDB

Leave A Reply