Əli Əsədovun biznes imperiyası
Hökumətyönlü saytlar və Teleqram-kanalları Azərbaycanın Baş naziri Əli Əsədovun biznes fəaliyyəti və çoxsaylı obyektləri ilə bağlı geniş məqalə dərc edib.
Maraqlısı budur ki, məlumat məhz Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfərdə olduğu vaxtda paylaşılıb.
Məqalədə qeyd olunur ki, Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışdığı dövrdən adı biznes məsələlərində hallanan məmurlardan biri olub.
Əli Əsədova məxsus olduğu iddia edilən əsas obyektlərin siyahısı:
- “Manqal” və “Beer Hall” restoranları (Bayraq meydanı yaxınlığında);
- “Narşərab” restoranı və “Sapphire” oteli;
- Bayılda “Ocakbaşı” restoranı;
- Səbail rayonunda 4+ mansard mərtəbəli ofis binası;
- Xətai rayonunda qeyri-yaşayış binası;
- Yasamal rayonunda yaşayış binası;
- Səbail rayonunda yaşayış binası;
- Sabunçu rayonunda yaşayış kompleksi;
- Qaradağ rayonunda “Renta-servis”;
- Bayılda, “Dəniz Mall”a üzbəüz 3 çoxmərtəbəli tikili.
Məqalələrdə həmçinin qeyd edilir ki, bu obyektlərin bir qismi Bakının ən nüfuzlu və bahalı ərazilərində – Bulvar yaxınlığında, Bayılda və digər mərkəzi rayonlarda yerləşir. Bəzi mənbələr bu imperiyanı “biznes və tikinti imperiyası” adlandırır.
Bu iddialar sosial şəbəkələrdə və müstəqil mediada geniş müzakirə olunur. Bəzi müşahidəçilər məlumatların yayılma vaxtını nəzərə alaraq, bunun daxili siyasi proseslərlə bağlı ola biləcəyini qeyd edir. Rəsmi qurumlardan hələ ki, hər hansı şərh verilməyib.
Əli Əsədovun biznes imperiyası