Maştağada yağış suları

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində son intensiv yağışlardan sonra yaranan subasma problemi hələ də həllini tapmayıb.

“YeniAvaz”ın məlumatına görə, 20 gündən artıqdır ki, qəsəbənin bir sıra küçə və həyətlərində yağış suları yığılıb qalır. Sakinlər müraciət edərək bildiriblər ki, su basması nəticəsində həyətlərə, evlərə və yollara ciddi ziyan dəyib, normal həyat tərzləri pozulub.

Yağış sularının vaxtında kənarlaşdırılmaması səbəbindən əraziyə hələ də su dolub qalır. Sakinlər problemin tezliklə həll olunmasını və müvafiq qurumların (Sukanal idarəsi və rayon icra hakimiyyəti) daha operativ tədbir görməsini tələb edirlər.

Son günlər Bakının bir sıra ərazilərində, o cümlədən Maştağada yağış sularının nasoslar vasitəsilə kənarlaşdırılması istiqamətində işlər aparılır, lakin Maştağanın bəzi hissələrində fəsadlar hələ də aradan qaldırılmayıb.

Maştağada yağış suları

Leave A Reply