Ucarda yeniyetmə uşaq doğub

Ucar rayonunda 15 yaşlı yeniyetmə qız uşaq dünyaya gətirib.

2011-ci il təvəllüdlü rayon sakini doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan verilən məlumata görə, yeniyetməyə 31-32 həftəlik hamiləlik diaqnozu qoyulub və bir neçə saat sonra oğlan uşağı dünyaya gətirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, faktla əlaqədar Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir. Hadisənin hansı maddə ilə araşdırıldığı hələlik açıqlanmayıb.

Leave A Reply