Qarabağda kilsənin dağıdılması
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən Qarabağdakı Müqəddəs Məryəm Ana kilsəsinin sökülməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Paşinyan qeyd edib ki, bu cür məsələlərdə diqqətli olmaq vacibdir və Ermənistan hökuməti kilsənin dağıdılması iddialarını beynəlxalq müstəviyə çıxarmayacaq.
Baş nazir jurnalistlərə deyib: “Biz bu məsələlərdə diqqətli olmalıyıq. Belə suallar iki tərəfli qılıncdır”.
Hadisənin fonu
Son günlərdə peyk şəkillərinə əsasən Xankəndi (Stepanakert) şəhərində yerləşən erməni kilsəsinin söküldüyü barədə iddialar yayılıb. Erməni mənbələri və QHT-lər bu məlumatı Azərbaycan tərəfinin “erməni mədəni irsinin məhv edilməsi” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti reaksiya verməyə çağırıblar.
Lakin Nikol Paşinyan hökuməti bu məsələni rəsmi olaraq beynəlxalq müstəviyə daşımaq niyyətində olmadığını açıq şəkildə bəyan edib. Bu mövqe Ermənistan daxilində də müxtəlif reaksiyalara səbəb olub. Bəzi müxalif qüvvələr və erməni diasporu Paşinyanı “Qarabağ məsələsində passivlik”də ittiham edir.
Paşinyanın bu bəyanatı Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin davam etdiyi bir vaxtda diqqət çəkib. Ermənistan rəhbərliyi son vaxtlar Qarabağla bağlı mədəni və dini irs məsələlərində daha ehtiyatlı mövqe nümayiş etdirir.
Qarabağda kilsənin dağıdılması