Azərbaycanda nikahların sayı

Azərbaycanda nikahların sayı son 15 ildə demək olar ki, 2 dəfə azalıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə:

  • 2011-ci il – 88 145 nikah qeydə alınıb (əhalinin hər 1000 nəfərinə 9,7 nikah);
  • 2025-ci il – 48 546 nikah (əhalinin hər 1000 nəfərinə 4,7 nikah).

Buı ilin ilk 2 ayında (yanvar-fevral) isə göstərici tarixi minimuma enib – əhalinin hər 1000 nəfərinə yalnız 3,2 nikah.

Bu rəqəm Azərbaycanın müasir tarixində ən aşağı göstəricidir. Müqayisə üçün:

  • 1942-ci il (İkinci Dünya Müharibəsi dövrü) – 3,6,
  • 2020-ci il (pandemiya ili) – 3,5,
  • 2026-cı ilin ilk 2 ayı – 3,2 (yeni rekord minimum)

Beynəlxalq müqayisə

Hazırda Azərbaycan əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı göstəricisinə görə Avropa ölkələri arasında son sıralarda yer alır.

Mütəxəssislər nikahların kəskin azalmasını gənclərin evlənməyə gecikməsi, iqtisadi çətinliklər, yüksək miqrasiya, sosial dəyərlərin dəyişməsi və evlənmə xərclərinin artması ilə əlaqələndirirlər.

Bu tendensiya ölkədə əhali artımı, demoqrafik vəziyyət və gələcək nəsillərin formalaşması baxımından narahatlıq doğurur.

Leave A Reply