Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycanın rəsmi nümayəndə heyəti 29 apreldə Ermənistanın paytaxtı Yerevana işgüzar səfər edib.
“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə yerli vaxtla günorta saatlarında Yerevandakı “Zvartnots” beynəlxalq hava limanına eniş edib.
Səfərin məqsədi
Şahin Mustafayev eyni zamanda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. Səfər məhz bu komissiyanın növbəti işgüzar görüşü çərçivəsində həyata keçirilir.
Görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası prosesinin davamı, sərhəd xəttinin ayrı-ayrı sahələrinin dəqiqləşdirilməsi və bağlı texniki məsələlər müzakirə olunacaq.
Hələlik səfərin gedişi və görüşlə bağlı rəsmi detallı açıqlama verilməyib. Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin birgə bəyanatı gözlənilir.
Delimitasiya komissiyalarının görüşləri 2022-ci ildən bəri müntəzəm olaraq keçirilir və proses sülh müqaviləsinin hazırlanması istiqamətində ən vacib mexanizmlərdən biri hesab olunur.
Baş nazirin müavini