İranın keçmiş prezidenti Mahmud Əhmədinecadın İsrail kəşfiyyatı ilə gizli əməkdaşlıq etdiyi və bu səbəbdən SEPAH tərəfindən ev dustaqlığına alındığı iddia olunur.
“New York Times” və “Haaretz”in araşdırmalarına görə, MOSSAD Əhmədinecadı illərlə kəşfiyyat aktivi kimi “yetişdirib” və İran hakimiyyətinin devriləcəyi halda onu alternativ lider kimi nəzərdən keçirib.
İddialarda bildirilir ki:
- Əməliyyatın kod adı “Çəkmədə Pişik” olub;
- Əhmədinecad İsrail kəşfiyyatının nümayəndələri ilə gizli görüşlər keçirib;
- MOSSAD rəhbəri David Barneanın onunla Budapeştdə şəxsən görüşdüyü iddia edilir;
- İsrail tərəfi onun səfər və yaşayış xərclərinin bir hissəsini ödəyib;
- 2026-cı il müharibəsindən sonra Əhmədinecadın yeni İran hökumətinə rəhbərlik etməsi planlaşdırılıb.
İddianı daha təəccüblü edən Əhmədinecadın prezidentliyi dövründə sərt anti-İsrail ritorikası və Holokostu inkar edən çıxışlarıdır.
Bəzi ABŞ və İsrail rəsmiləri bu planı “fantaziya” və “qeyri-real” adlandırıblar.
Əhmədinecad sonuncu dəfə Əli Xameneyinin dəfn mərasimində ictimaiyyət qarşısında görünüb. Onun hazırda ev dustaqlığında olması barədə isə İran hakimiyyəti rəsmi açıqlama verməyib.