Son günlər sosial şəbəkələrdə tanınmış reper Elşad Xose nin psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı iddialar yayılıb.
Məlumata görə, sənətçi məcburi şəkildə dispanserə yerləşdirilib.
Lakin yayılan xəbərlərdə reperin hansı səbəbdən və dəqiq nə vaxt tibb müəssisəsinə aparıldığına dair məlumat qeyd olunmur.
Məsələ ilə bağlı diqqət çəkən əsas məqam isə hüquqi tərəfidir. İyulun 23-də prezident İlham Əliyev tərəfindən təsdiqlənən qərara əsasən, psixi pozuntusu olan şəxslərin məcburi psixiatriya müayinəsindən keçirilməsi artıq onların özlərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan da mümkündür.
Sosial şəbəkələrdə Elşad Xosenin də məhz bu qanunvericilik mexanizmi çərçivəsində xəstəxanaya aparıldığını iddia edənlər var. Buna səbəb olaraq isə onun tənqidi çıxışlar etməsi göstərilir.
Xatırladaq ki, reper bu ilin yanvar ayında “ictimai yerdə nalayiq ifadələr səsləndirmək” ittihamı ilə inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt onun həbsi “Bayırşəhər” ərazisində aparılan söküntü işlərinə etiraz olaraq video paylaşması ilə əlaqələndirilirdi.
Bəs sizcə, Elşad Xose niyə xəstəxanaya yerləşdirilib?
reper Elşad Xose