ABŞ miqrant siyasəti

ABŞ Prezidenti Donald Tramp administrasiyası siyasi gündəliyini təbliğ edən retro üslublu oyunlar hazırlayıb. Sentyabrın 3-də istifadəyə verilən “Arcade” platformasında beş oyun yerləşdirilib.

Ən çox müzakirə olunanlardan biri “Rio Run”dur. “İlan” oyununun mexanikası əsasında hazırlanan oyunda Tramp administrasiyasının sərhəd məsələləri üzrə rəsmisi Tom Homanın rəqəmsal obrazı miqrantları təqib edir və “deportasiya etdikcə” oyunçu xal qazanır.

Digər oyun – “Build the Wall” isə “Tetris”ə bənzəyir. Oyunçu ABŞ-Meksika sərhədində divar quraraq oyunda “gələn dəstə” kimi təqdim edilən zombilərin sərhədi keçməsinin qarşısını almalıdır.

Ağ Ev platformanı belə reklam edib:

“Divarı qur. Deportasiya et. Tramp hesabını doldur.”

Miqrantların saxlanılması və deportasiyasının əyləncə və xal toplama mexanizminə çevrilməsi hüquq müdafiəçilərinin etirazına səbəb olub.

“Frontera Federation” təşkilatının həmsədri Amerika Qarsia Qreval deyib ki, administrasiya illərdir insanların həyatı ilə “oynayır”, indi isə bunu sözün əsl mənasında videooyuna çevirib.

ABŞ miqrant siyasəti

Leave A Reply