U-15 dünya çempionatı
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Bakıda keçirilən dünya çempionatında son oyununu keçirib.
Famil Xəlilovun baş məşqçisi olduğu komanda 83-cü yer uğrunda görüşdə Əfqanıstan millisi ilə qarşılaşıb. Hövsanda keçirilən matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb.
Qalibi penaltilər seriyası müəyyənləşdirib. Seriyada 3:2 hesabı ilə qalib gələn Əfqanıstan millisi 83-cü, Azərbaycan isə 84-cü yeri tutub.
Bəs siz Azərbaycan futbolunun gələcəyinə inanırsınız?


