BMT-də rəhbərlik yarışı
Azərbaycan hökuməti Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi uğrunda yarışda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) namizədi Lana Zaki Nusseibehə dəstək verəcəyini açıqlayıb. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə məlumat verib.
Türkiyə də daxil olmaqla, bir neçə ölkə BMT-nin rəhbərliyinə namizəd irəli sürüb. Ankaranın namizədi Feridun Sinirlioğludur. Bakının qərarı o deməkdir ki, Azərbaycan bu yarışda Türkiyənin namizədini dəstəkləməkdən imtina edib.
Bu addım Bakı ilə Ankara arasındakı gərginlik barədə müzakirələri yenidən alovlandırıb. Türkiyə mətbuatında və sosial şəbəkələrdə Azərbaycan hökumətinin qərarı sərt tənqid olunur.
Bəs sizcə, Azərbaycan kimi dəstəkləməli idi: Türkiyəni, yoxsa BƏƏ-ni?