Bakı metrosu

2026-cı ilin sentyabr ayında Bakı metrosundan istifadə edən sərnişinlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz azalıb. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Trend xəbər verir ki, qurumdan bildirildiyinə görə, avqustun ilk 14 günündə daşınma göstəriciləri ötən illə müqayisədə dəyişməyərək 0,6 faizədək artsa da, ayın ikinci yarısından etibarən sərnişin sayı təxminən 28 faiz aşağı düşüb. Sentyabrda da 30 faizlik azalma qeydə alınıb.

Metropoliten rəsmiləri bu göstəriciləri Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi ilə əlaqələndirir və bunu prosesin gedişində təbii hal sayır. Qeyd olunan işlər səbəbindən avqustun 15-dən etibarən “Nizami” və “28 May” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. Bu tikinti mərhələsinin 10-11 ay davam edəcəyi gözlənilir.

Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırılır. Əsas məqsəd xətlər arasındakı asılılığı aradan qaldırmaq, intervalı qısaltmaq və sıxlığı azaltmaqdır.

İşlər yekunlaşdıqdan sonra “İçərişəhər” istiqamətində gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.

Leave A Reply