Neft bazarı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində ucuzlaşma müşahidə olunub.
Qafqazinfo xəbər verir ki, neftin bir barelinin dəyəri 3,14 ABŞ dolları və ya 2,50 faiz azalaraq 122,28 dollara düşüb. Ötən ticarət günündə bu rəqəm 125,42 dollar təşkil edirdi.
“Azeri Light” markası üçün ən aşağı qiymət göstəricisi 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək məbləğ isə 2008-ci ilin iyulunda 149,66 dollar olaraq qeydə alınıb.
Cari ilin dövlət büdcəsi tərtib edilərkən “Azeri Light” markalı xam neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.


