Sosial şəbəkə qadağası

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı qanunla tam şəkildə məhdudlaşdırılıb. Yeni qaydalar noyabrın 1-dən qüvvəyə minib.

APA xəbər verir ki, qanunvericilik 15-18 yaş arasındakı yeniyetmələr üçün platformaların daha təhlükəsiz mühit yaratmasını və valideyn nəzarəti mexanizmlərini tətbiq etməsini tələb edir.

Yeni tənzimləməyə əsasən, platformalarda yeni hesablar açılarkən istifadəçilərin yaşının yoxlanılması məcburi olacaq.

Mövcud istifadəçi hesablarının yeni tələblərə uyğunlaşdırılması üçün isə 2027-ci il martın 31-dək keçid müddəti təyin edilib.

Leave A Reply