Neft bazarı
OPEC+ razılaşmasında iştirak edən yeddi ölkə dekabr ayı üçün müəyyən edilmiş neft hasilatı məhdudiyyətlərini dəyişmədən saxlamaq barədə razılığa gəlib.
Təşkilatın aylıq onlayn iclasın yekunlarına dair press-relizində bildirilir ki, iştirakçılar üçün təyin olunmuş mövcud hasilat kvotaları dəyişdirilməyib.
Razılaşmanın ən böyük iştirakçıları olan Səudiyyə Ərəbistanı və Rusiya üçün maksimal hasilat səviyyəsi müvafiq olaraq sutkada 10,478 milyon və 9,949 milyon barel həcmində qalacaq.
Müəyyən olunmuş kvotaya əsasən, İraqın hasilat həddi sutkada 4,431 milyon barel, Küveytin 2,676 milyon, Qazaxıstanın 1,628 milyon, Əlcəzairin 1,007 milyon, Omanın isə 841 min barel təşkil edəcək.
Görüş iştirakçıları razılaşmanın tam şəkildə icrasına sadiq olduqlarını təsdiqləyiblər. Neft bazarındakı vəziyyəti izləmək məqsədilə hər ay toplaşan yeddi ölkənin növbəti görüşü OPEC+-ın tamformatlı iclasının keçiriləcəyi gün – noyabrın 29-da baş tutacaq.


