Rusiya-Ukrayna müharibəsi

Rusiyanın müstəqil nəşri Astra və Ukrayna izləmə kanalları şahidlərin çəkdiyi görüntülərə əsaslanaraq yazır ki, noyabrın 2-nə keçən gecə dronlar Samaradakı “Transneft” stansiyasını vurub. Bu, ilkin məlumatdır.

Samara vilayətinin hakimiyyəti zərbə barədə açıqlama verməyib, amma şəhərin hava limanı təxminən iki saat işləməyib, M-5 “Ural” yolunda hərəkət məhdudlaşdırılıb. Rusiya Müdafiə Nazirliyi gecə 212 Ukrayna dronunu vurduğunu deyir.

Avropanın ən böyük neft çəni parkı sayılan bu stansiyaya Qərbi Sibir, Tatarıstan, Orenburq və Qazaxıstandan dörd kəmər gəlir. Oktyabrda da dəfələrlə hədəf alınıb, zərbələr yanğına və çənlərin zədələnməsinə səbəb olub.

DW yazır ki, zərbədən sonra stansiyanın ərazisində böyük yanğın başlayıb. Nəşrə görə, bu, son bir ayda stansiyaya beşinci hücumdur.

Leave A Reply