Serbiya, media

Serbiyada etirazçılar Aleksandar Vuçiçə yaxın “İnformer” televiziyasının binasına daxil olub, canlı yayımı dayandırıblar. Təxminən 30 nəfər studiyaya girib.

Etirazçılar illərdir Vuçiçi tərifləyən baş redaktor Draqan Vuçiçeviçi əhatəyə alıb, onu binadan çıxarıblar və həbsini tələb ediblər. Hadisə yerinə polis gəlib.

Regional ictimai televiziya kanalı RTV isə illərlə xəbərləri birtərəfli təqdim etdiyinə görə tamaşaçılardan üzr istəyib.

Leave A Reply