SOCAR, hasilat
Bu ilin üçüncü rübündə SOCAR-ın yataqlarında 1,72 milyon ton neft və 1,7 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5,1 faiz, qaz hasilatı 12,8 faiz azalıb.
Qazma işlərinin həcmi isə 12 146 metrdən 21 176 metrə qalxıb, bu, 74 faiz artım deməkdir.
SOCAR-ın ixracı da azalıb. Xarici bazarlara təxminən 3,9 milyon ton neft satılıb, bu, 4,5 faiz azdır. Qaz ixracı 8,7 faiz azalaraq 5,74 milyard kubmetrə enib.
Dövlət Gömrük Komitəsinə görə, həcm azalsa da, doqquz ayda neft ixracının dəyəri 13 faiz artaraq 10,1 milyard dollara çatıb.


