Səhiyyə, reytinq

“Numbeo” tədqiqat platformasının ölkələrin səhiyyə indeksinə görə, Azərbaycan 101 ölkə arasında 92-ci yerdədir. Siyahıda ondan aşağıda yalnız Monteneqro, Nigeriya, Misir, Albaniya, İraq, Mərakeş, Banqladeş, Venesuela və Suriya var.

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə bütün qonşularından geri qalıb. Türkiyə 24-cü, Rusiya 60-cı, Qazaxıstan 61-ci, Ermənistan 62-ci, Gürcüstan 77-ci, İran 86-cı yerdədir.

Leave A Reply