Ermənistan, Aİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə “Euronews” telekanalının “Avropanın gələcəyi” sammitində deyib ki, ölkəsi Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməyə hazırlaşır: “Biz bunu bu il etməyə hazırlaşırıq. Bunun nə dərəcədə real olduğunu bilmirəm, lakin gələn il real ola bilər. Həmçinin 2028-ci il də mümkündür”.

Onun sözlərinə görə, Brüsseldən genişlənməyə dair müsbət siqnallar gəlir, Ermənistanda da bu istiqamətdə “qəti siyasi iradə” var. Hədəf 2029-cu ilə qədər viza rejiminin liberallaşdırılmasıdır.

Paşinyan eyni zamanda etiraf edib ki, Aİ üzvlüyü ilə Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqında iştirak indiki qaydalarla uzlaşmır, xüsusilə gömrük sahəsində: “Bir məqamda Ermənistan seçim etməli olacaq. Hazırda vəzifəmiz real alternativ yaratmaqdır ki, insanlar hər iki yolun hansı imkanlar açdığını anlayaraq qərar verə bilsinlər”.

Leave A Reply