Azərbaycan, səhiyyə

“Meydan TV” yazır ki, 14 yaşlı Xədicə Babazadə iki ildən çoxdur vegetativ vəziyyətdədir. Ailə bunun səbəbini diş əməliyyatındakı həkim səhlənkarlığı ilə izah edir. Vegetativ vəziyyətdə insan ətrafı dərk edə və ünsiyyət qura bilmir, tənəffüs və qan dövranı kimi bioloji funksiyalar isə davam edir. Xədicə gözlərini açsa da, baş verənlərin fərqində deyil.

Valideynlər iki ildən çoxdur ədalət axtardıqlarını deyir. Onlar iddia edir ki, ekspertiza rəyləri saxtalaşdırılıb, aidiyyəti qurumlar buna göz yumur, ona görə məsul şəxslər cəzalandırılmır. Həkimlər və aidiyyəti qurumlar bu iddialarla bağlı hələlik açıqlama verməyib.

Leave A Reply