Büdcə layihəsi, müavinətlər

Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan 2027-ci il büdcə layihəsinə görə, yeni doğulan uşağa görə ödəniş 900 manat artacaq. Sənəd hələ parlamentdə qəbul olunmayıb.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında bu müavinət 72 655 uşağa görə ödənilib: 34 038 qız, 38 617 oğlan.

Layihədə başqa ödənişlər də artır. 3 yaşınadək uşağa qulluğa görə sığortaolunan analara aylıq müavinət 37 manat 58 qəpikdən 100 manata qalxır. Pensiyaçıya görə orta dəfn pulu 946 manatdan 1200 manata, sığortaolunana görə 590 manatdan 700 manata qaldırılır. Hamiləlik və doğuma görə müavinətin hesablandığı orta gündəlik qazanc isə 46 manat 54 qəpikdən 50 manat 57 qəpiyə çatır.

Sosial müdafiə və sosial təminat xərcləri 2027-ci ildə 4 milyard 914 milyon manat nəzərdə tutulur. Bu, bu ilkindən 41 milyon manat, yəni 0,8 faiz çoxdur və büdcə xərclərinin 11,6 faizini təşkil edir.

İllüstrativ foto: Wikimedia Commons.

Leave A Reply