Maqnitski Mükafatı
Həbsdə olan siyasətçi Əli Kərimli Maqnitski Mükafatının “Ən Görkəmli Müxalif Siyasətçi” nominasiyası üzrə qalib elan olunub.
Təşkilat Kərimlinin Azərbaycanda demokratiya uğrunda uzun illər mübarizə apardığını və siyasi fəaliyyətinə görə təqib olunduğunu vurğulayıb: “Əli Kərimli onilliklər ərzində Prezident İlham Əliyevin avtoritar idarəçiliyinə qarşı siyasi müxalifətin aparıcı səsi olub, demokratik islahatların, anti-korrupsiya tədbirlərinin və vətəndaş azadlıqlarının müdafiəçisi kimi çıxış edib”.
Maqnitski Mükafatı insan hüquqları, demokratiya və ədalət uğrunda mübarizə aparan şəxslərə verilir. Mükafat Rusiya hökumət rəsmilərinin korrupsiya və qanunsuz əməllərini ifşa etməsi ilə tanınan vergi məsləhətçisi Sergey Maqnitskinin xatirəsinə təsis edilib. Maqnitski korrupsiyanı ifşa etdikdən sonra həbsxanada ölüb, mükafatı verənlər onun öldürüldüyünü deyir.


