Rusiya

Rusiya Ədliyyə Nazirliyi noyabrın 6-da “xarici agentlər” reyestrini yeniləyib və qeydiyyatdan keçməmiş iki müxalif partiyanı - “Mirnaya Rossiya” (“Sülh içində Rusiya”) və “Rassvet”i (“Şəfəq”) siyahıya salıb. Bu barədə “Meduza” və DW-nin Rus xidməti xəbər verib.

“Mirnaya Rossiya”nı mühacirətdə müxalif siyasətçi İlya Yaşin qurub. Yaşin müharibəni tənqid etdiyinə görə Rusiyada həbs cəzası almış, 2024-cü ildə Rusiya ilə Qərb arasında məhbus mübadiləsində azadlığa çıxmışdı. “Rassvet”i isə Tverdə jurnalist Yekaterina Dunsova təsis edib. Dunsova əvvəllər Rusiyada prezident seçkisinə namizəd olmağa çalışmışdı.

Nazirliyin iddiasına görə, siyahıya salınan partiyalar Rusiya hakimiyyətinin siyasəti barədə “yanlış məlumat” yayıb və Rusiyanın Ukraynaya qarşı müharibəsinin əleyhinə çıxıblar. Rusiyada “xarici agent” statusu alan şəxs və təşkilatlar bütün yazılarını xüsusi qeydlə dərc etməli, maliyyə hesabatları verməlidirlər, onlara bir sıra fəaliyyət növləri də qadağandır.

Leave A Reply