Rusiya-Ukrayna müharibəsi

Rusiyanın müstəqil nəşri “Mediazona” Ukraynadakı müharibədə həlak olan 350 rusiyalı müddətli hərbçinin adbaad siyahısını dərc edib. “Meduza”nın yazdığına görə, nəşr könüllülər və BBC-nin Rus xidməti ilə birlikdə tammiqyaslı müharibənin əvvəlindən Rusiyanın itkilərini açıq mənbələr əsasında hesablayır.

Rusiya rəsmi olaraq müddətli hərbçiləri müharibəyə göndərmir. Onların döyüşlərdə iştirakı barədə ilk xəbərlər müharibənin elə ilk günlərində yayılmışdı, o vaxt Rusiya Müdafiə Nazirliyi hamısını ölkəyə qaytaracağını vəd etmişdi.

“Mediazona”ya görə, bu kateqoriyada itkilər tam dayanmayıb. Rusiya müddətli hərbçilərdən rəsmi olaraq sərhəd bölgələrinin mühafizəsində istifadə edir, onlar sərhəddəki döyüşlərdən başqa Ukraynanın atəşləri nəticəsində də həlak olurlar. Nəşr hərbi xidmət zamanı müqavilə imzalayan təxminən 700 nəfərin də adını bilir. Bu qərarın könüllü olub-olmadığı məlum deyil, nəşrin yazdığına görə, müddətli hərbçilərə müqavilə çox vaxt aldatma və ya zor yolu ilə imzalatdırılır.

Leave A Reply