Rusiya-Ukrayna müharibəsi

Rusiya Müdafiə Nazirliyi noyabrın 7-də Qara dənizdə Odessanın şərqində Ukraynaya hərbi və ikili təyinatlı yük daşıyan quru yük gəmisini vurduğunu iddia edib. Nazirlik gəminin adını, bayrağını və ona dəyən ziyanı açıqlamayıb. Rusiya bundan əvvəl də gecə Qara dənizdə Ukraynaya hərbi yük daşınmasında istifadə edilən bir gəmini vurduğunu bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi həmin gün Kiyev vilayətinin Novi Petrivtsi kəndi yaxınlığındakı “Severnaya” elektrik yarımstansiyasını və yanacaq daşıyan maşınların dayanacağını da vurduğunu açıqlayıb. Ukrayna tərəfi gəmi barədə hələlik açıqlama verməyib.

Odessa və ətrafındakı limanlar Ukraynanın əsas dəniz qapısıdır, buradan taxıl ixrac olunur. Rusiya noyabrın 7-nə keçən gecə Kiyevə və digər bölgələrə 172 dron və 36 ballistik raketlə hücum edib, Ukrayna isə eyni gecə Rusiyanın bölgələrinə 400-dən çox dron göndərib.

Leave A Reply