Depardye günahını qəbul etdi

Fransız aktyor Jerar Depardye 2021-ci ildə film çəkilişində iki qadına cinsi təcavüzə görə çıxarılan hökmdən apellyasiya şikayətini geri götürüb və ilk dəfə zərərçəkənlərdən üzr istəyib. “Təqsirli bilindim. Bunu eşidirəm və bu hökmü qəbul edirəm. Əziyyət çəkənlərdən dərin və səmimi üzr istəyirəm”, - 77 yaşlı aktyor yazılı bəyanatında deyib.

Depardye 2025-ci ildə “Yaşıl panjurlar” filminin Parisdəki çəkilişində 55 yaşlı dekorator və 35 yaşlı rejissor köməkçisinə cinsi təcavüzdə təqsirli bilinib. İndi onun şərti həbs cəzası qüvvədə qalır, adı Fransanın cinsi cinayətkarlar reyestrinə salınmalıdır. Aktyor bəyanatında çəkiliş meydançalarında uzun müddət “təxribat və kobud yumorun arxasına gizləndiyini”, niyyətinin zərər vurmaq olmasa da, bunun vurulan zərəri dəyişmədiyini anladığını yazıb.

“The Guardian”ın yazdığına görə, dekorator Ameli Paris apellyasiya məhkəməsinin qarşısında “bu üzrü illərlə gözlədim” deyib, rejissor köməkçisi Sara isə “kinonun canavarı yıxıldı” deyib. Depardye əvvəllər bütün ittihamları rədd edir, #MeToo hərəkatını “terrora çevriləcək” deyə tənqid edirdi. Onun məhkum edilməsi Fransada #MeToo hərəkatı üçün dönüş nöqtəsi sayılır.

Leave A Reply