“19 sentyabr hadisələrindən sonra Azərbaycanla heç nə normal olmayacaq, ta ki biz sülh cığrında tərəqqi görənədək”.
Bunları ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O.Brayn dinləmələrdə deyib:
“Vəziyyətlə bağlı real inkişaf görməyənədək, ABŞ-ın Azərbaycana birbaşa yardımlara qadağası davam edəcək”
O.Brayn əlavə edib ki, ABŞ sülh razılaşması istiqamətində fəaliyyətlərini davam etdirir və “qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətinin ifadəsi baxımından kritik olacaq”.