ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benjamin Netanyahunu qəbul edib.

Tramp görüşdən sonra bildirib ki, ABŞ Qəzza zolağına girməyə və bölgənin təmizləmənməsi ilə məşğul olmağa hazırdır.
Tramp qeyd edib ki, ABŞ Qəzzada kontrolu ələ keçirəcək və orada partlamamış bombaların zərərsizləşdirilməsi və ərazinin abadlaşdırılması işləri üzrə məsuliyyəti üzərinə götürəcək.
Bir neçə gün əvvəl Tramp Qəzza sakinlərinin müxtəlif yerlərə köçürülməsini təklif edib. O, Qəzza əhalisinin İordaniya və Misirə göndərilmə ehtimalından danışıb.