ABŞ səfirliyi Azərbaycan hökumətini tənqid edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanda baş verən həbslərlə bağlı bəyanat yayıb:

“Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və blogerin həbs edilməsi artıq bir faktdır. 

Bunun səbəbini soruşmaq “namərdlik” sayılır? Yoxsa əsl “namərdlik” Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? 

Media Savadlılığı Həftəsi keçirilərkən, unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir”.

Foto: Hamam Times

Leave A Reply