Ötən həftə həbs olunan Gülşən beynəlxalq ictimaiyyətin gündəmindədir. Məşhur müğənni ilə bağlı ABŞ-dan açıqlama gəlib. Gülşənin həbsi ilə bağlı ABŞ Dövlət Departamentinin rəsmisi açıqlama verib.

Foto: Müğənni Gülşən

Reuters xəbər agentliyi ABŞ rəsmisinin sözlərindən sitat gətirib, Gülşənin 4 ay əvvəl səhnəyə çıxarkən Türkiyədəki İmam Hatip məktəbləri haqqında dediyi sözlərə görə həbsindən narahat olduğunu bildirib.

“Birləşmiş Ştatlar Türkiyədə ifadə azadlığını məhdudlaşdırmaq üçün istifadə edilən məhkəmə təqib formalarından narahatdır. Biz Türkiyəni ifadə azadlığına hörmət etməyə və təmin etməyə çağırırıq”.

Dörd ay əvvəl konsertində İmam Hatip məktəblərinin şagirdləri haqqında söylədiyi sözlərdən sonra istintaqa cəlb edilən Gülşən “xalqı açıq-aşkar kin və düşmənçiliyə sövq etmək” ittihamı ilə həbs edilib.

Leave A Reply