ABŞ və İran prezidentləri bir- birlərini ittiham edən açıqlamalar veriblər.
ABŞ prezidenti Co Baydenin İrandakı etirazlar haqda “narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar” deməsinə, İran prezidenti cavab verib.
İbrahim Rəsisi deyib ki, Bayden İranı azad etməyə hazırlaşır, lakin İran artıq 43 il əvvəl azad olunub. İran ABŞ-ın əsiri olmayacaq və heç zaman ABŞ üçün “sağmal inək” olmayacaq.
İranda bir neçə həftədir etirazlar keçirilir. Hökümət qüvvələri etirazlar aksiyalarını dağıtmağa çalışsalar da, buna nail ola bilməyiblər. Etirazlarda ali dini lider və islam şəriət qaydalarına sərt etiraz edilir.