Ziba Orucovanın bir oğlu və həyat yoldaşı Qarabağda şəhid olub, bir oğlu da birinci qrup Qarabağ əlilidi. Orucovlar ailəsi 27 ildi yataqxanada yaşayırlar. Hökumətdən ev gözləsələr də ümidləri puç olub. Nəhayət, qərara gəlirlər ki, yaşadıqları darısqal, şəraiti olmayan bir otaqlı yataqxanadan çıxsınlar. Abşeron rayonunun Güzdək qəsəbəsində torpaq alıb ev tikmək istəyiblər. Amma bələdiyyə, icra hakimiyyəti onlara icazə vermir. Birinci dəfə hasarı, sonra isə bir mərtəbəsi tikilən evi uçurublar. Ailə bələdiyyəyə lazım olan rüsumu ödəsə də xeyri yoxdu, tikinti aparmaq mümkün deyil.

Leave A Reply