“AbzasMedia”nın həbs edilən jurnalistləri 9 ay sonra görüşəcəklər.
Jurnalistlər bu gün həbs müddətlərinin uzadılması üçün məhkəməyə gətiriliblər.
Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı və Nərgiz Absalamovanın həbs müddətləri daha 3 ay uzadılıb.
Onlar məhkəməyə gətirilərkən şüarlar səsləndiriblər.
Sevinc Vaqifqızı “Məni heç kəs susdura bilməz!” deyib.
Nərgiz Absalamova isə bildirib ki, “Azad medianı heç kim susdura bilməz!”.
Araşdırmaçı jurnalist Hafiz Babalı isə belə bildirib: “Həbsxana məni tutduranların yeridir”.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Öncəki yazıVəfa Nağını polis saxlayıb
Növbəti yazı Bakıda Formula 1-ə görə yollar 10 gün bağlı olacaq