Fil Dişi Sahili (Kot d’İvuar) Fransa ordusunu ölkədən çıxarır.

Bu barədə qərbi Afrika ölkəsinin⁠ prezidenti Alassane Ouattara yerli televiziyada çıxış edib.

Onun sözlərinə görə, fransız qoşunlarının “mütəşəkkil şəkildə çıxarılması” dərhal başlayacaq.

Fil Dişi Sahili son 3 ildə fransız ordusunu çıxaran 6-cı ölkə olacaq. Daha əvvəl Mali, Niger, Burkina Faso, Çad və Seneqal bu addımı atıb.

Mediada yayılan məlumata əsasən, Fransanın bu 6 ölkədə yerləşən ordusu rəsmi Parisin Afrikadakı qoşunlarının 70%-ni təşkil edib.

Leave A Reply