Aİ ilə yeni sənəd yaxınlaşır

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius 2026-2030-cu illəri əhatə edəcək yeni Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri üzrə danışıqların yekun mərhələdə olduğunu deyib. O, bu barədə noyabrın 19-da Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın panel müzakirəsində danışıb.

Varanaviçiusun sözlərinə görə, sənəddə enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsallaşma və dayanıqlı infrastruktur məsələlərinə xüsusi əhəmiyyət verilir. O, Aİ-Azərbaycan Bağlantı Tərəfdaşlığı çərçivəsində süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın da nəzərdə tutulduğunu bildirib. Diplomat Azərbaycanla əməkdaşlığın siyasi dialoqdan daha geniş məzmun daşıdığını vurğulayıb.

Bu yaxınlarda Azərbaycanla Britaniya arasında imzalanan sənəddə demokratiya bölməsi yer almayıb. Britaniyanın altı ay əvvəl Ermənistanla imzaladığı oxşar sənəddə isə azad seçkilər, korrupsiyaya qarşı mübarizə və müstəqil media üçün ayrıca bölmə var.

Leave A Reply