“Məcburi qida verilsə, canıma qəsd edəcəm”
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımov həbsdə 90-cı gündür aclıq edir.
Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, 34 yaşlı alim ölümlə üz-üzədir, əgər tədbir görülməsə, yaxın günlərdə həyatını itirə bilər:
“Məndə olan məlumata görə, çəkisi artıq 35 kiloqrama düşüb. Bunun nə demək olduğunu anlamaq çətin deyil. Hökumət, dövlət bir alimi, bir zəkanı məhv edir”.
Fazil Qasımov aprel ayında ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə eyni iş üzrə ittiham olunur.