Amerikalı tarixçi professor Belinda Davis azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Norveç Nobel Komitəsi Qubad İbadoğlunun 2025-ci il Nobel Sülh Mükafatına namizədliyini qeydiyyata alıb.

Azərbaycanda ev dustaqlığında olan Qubad İbadoğlu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisidir.
Qubad İbadoğlu Azərbaycanda korrupsiya faktlarını araşdıran iqtisadçı kimi tanınır.