Tanınmayan “Artsax Respublikası” özünü buraxdığını elan edib. Bu barədə sonuncu “prezident” Samvel Şahramanyan sərəncam imzalayıb.
“2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və Artsax Respublikası öz mövcudluğunu dayandırır”, – deyə məlumatda qeyd olunub.
Dağlıq Qarabağ bölgəsi 7 iyul 1923-cü ildə Azərbaycan SSR tərkibində muxtar vilayət statusu almışdı. SSRİ-nin süqutu ərəfəsində, 2 sentyabr 1991-ci ildə isə Respublika elan edilmiş, lakin tanınmamış və Azərbaycanla müharibə şəraitində fəaliyyət göstərmişdi.